Welder / 4-ci дərəcəli Qaynaqçı

WeatherfordBaku, BakiOn-siteFull-timeMid level, 2–5 yearsListed 4 weeks ago

Apply now

About this role

4-ci дərəcəli Qaynaqçı

4-cü dərəcəli ixtisaslı qaynaqçı, SMAW (111) və MIG/MAG (135/136) qaynaq üsulları üzrə praktiki iş təcrübəsinə malik.

Namizəd əl ilə qövs qaynağı (SMAW) və qoruyucu qaz mühitində yarımavtomatik qaynaq (MIG/MAG) üsullarından istifadə etməklə polad konstruksiyaların hazırlanması, təmiri və qaynaq edilməsi sahəsində təsdiqlənmiş iş təcrübəsinə malik olmalıdır.

Vəzifə öhdəlikləri:

- Texniki və konstruktor sənədlərinin oxunması və şərh edilməsi;

- Texnoloji proseslərə və qaynaq prosedurlarının tələblərinə ciddi riayət edilməsi;

- Çilingər-yığım işlərinin, metalın kəsilməsi və cilalanması əməliyyatlarının yerinə yetirilməsi;

- İstehsalat standartlarına uyğun olaraq müxtəlif mürəkkəblik dərəcəsinə malik metal konstruksiyaların hazırlanması və quraşdırılmasında iştirak;

- Tutucu avadanlıqların xidmət göstərilməsi üçün sərt metallar ilə iş, o cümlədən frezaların möhkəmləndirilməsi (volfram karbidinin və sərt əlavələrin üzlənməsi);

- Avadanlığın modifikasiyası;

- Xammaldan avadanlığın hazırlanması.

Tələblər:

- Qaynaqçı kimi minimum 3 il iş təcrübəsi, neft-qaz sahəsində təcrübəyə üstünlük verilir;

- SMAW (elektrod), MIG/MAG, əl ilə qövs qaynağı və avtomatik qaynaq üsulları ilə işləmək bacarığı;

- Orta ixtisas təhsili;

- 4-ci dərəcəli qaz-elektrik qaynaqçısı vəsiqəsi;

- Karbidlə işləmə (tətbiqi/örtük çəkilməsi) təcrübəsinin olması arzuolunandır;

- İngilis dili biliyinə üstünlük verilir.